Zərərçəkmiş Hacı Qalibin oğlundan şikayətçi deyil

Zərərçəkmiş Hacı Qalibin oğlundan şikayətçi deyil
Oxunma sayı: 1069

Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin məhkəməsi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, prosesdə zərərçəkmiş Elbəy Mirzəliyev şikayət ərizəsini geri götürdüyünü deyib.

Məhkəmə noyabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs edilərək Kürdəxanı həbsxanasına göndərilib. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir. Ə.Salahzadə “Azərsu”nun əməkdaşına müqavimət göstərməkdə ittiham edilir.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi