Zərgərlik mağazasını yardılar - 10 milyonluq oğurluq

zergerlik-magazasini-yardilar
Oxunma sayı: 2148

Rusiyanın paytaxtı Moskvada zərgərlik mağazasını yarıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” təhlükəsizlik orqanına istinadən məlumat yayıb.

Məlumata əsasən, hadisə Leninqrad prospektində qeydə alınıb. Mağazaya daxil olan oğrular vitirinləri qıraraq qızılları aparıblar. Oğurlanan malların dəyəri 10 milyon rubl məbləğində qiymətləndirilir.

Cinayətkarlar hadisə yerindən maşınla qaçıblar.

Polis hazırda oğruların axtarışını aparır.