Zərifə Əliyevaya həsr olunmuş tədbir - Fotolar

zerife-eliyevaya-hesr-olunmus-tedbir
Oxunma sayı: 630

Aprelin 28-də oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 94 illiyi tamam olur.

“Qafqazinfo” xəbər verir ki, Nəsimi rayon İcra hakimiyyəti Azərbaycan Tibb Universiteti ilə birlikdə Azərbaycan Tibb Universitetinin akt zalında Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “İnsanlara nur bəxş edən alim” mövzusunda tədbir keçirilib.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  Zərifə Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb.