“Zəriflik” Beynəlxalq Musiqi Festivalı başa çatıb

zeriflik-beynelxalq-musiqi-festivali-basa-catib
Oxunma sayı: 1217

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilən “Zəriflik” Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, Festivalının  sonuncu günündə Fikrət Əmirov adına Gəncə Dövlət  Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı, həmçinin Gəncə Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış edib.

Azərbaycan Respublikasının Xalq artisti Rafael Bayramovun dirijorluğu ilə Gəncə Dövlət Kamera Orkestrının ifasında A.Əlizadənin “Cəngi”, D.Şostakoviçin “Vals” və K.Qardenin “Tanqo”su səsləndirilib.

Xalq artistləri Samir Cəfərov, Sevinc İbrahimova, Şahnaz Həşimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərovanın ifaları alqışlarla qarşılanıb.

Gəncə Dövlət Filarmoniyasının böyük səhnəsində Azərbaycan musiqisinin incilərindən olan S.Ələsgərovun “Şaloxo”, F.Əmirovun “Azərbaycan elləri”, S.Rüstəmovun “Həkim qız”, Ü.Hacıbəylinin “Sənsiz”, Ə. Tağıyevin “Gəncəm”, Ə.Tağıyevin “Sən gəlməz oldun”, B.Nəsibovun “Xatırla məni”, M.Maqomayevin “Nərgiz” operasından Nərgizin ariyası, T.Quliyevin “Sevgi valsı” kimi əsələr səsləndirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək bildirib ki, bu festival Gəncənin mədəni həyatına yeni nəfəs, yeni həyat gətirmiş oldu.