Zərrab ailəsinə xoş xəbər

zerrab-ailesine-xos-xeber
Oxunma sayı: 4456


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, dekabrın 17-də  rüşvət əməliyyatı zamanı həbs olunan və 74 gün sonra azad edilən Zərrab xaricə çıxma qadağasının ləğv olunması üçün etdiyi şikayəti qiymətləndirən Əkrəm Aydıner Cəza Mühakimə Qanununun ( CMK) 103-cü maddəsini əsas göstərərək iş adamının xarici ölkəyə çıxışını bərpa edib.  

Zərrabın hər cümə polis bölməsinə gedərək imza atmasına bağlı məhkəmə qərarı isə qüvvədə qalıb. Keçmiş Daxili İşlər naziri Muammer Gülərin oğlu Barış Gülərin xarici ölkəyə çıxış qadağasının ləğvi üçün məhkəməyə etdiyi müraciət isə rədd edilib.