Zərrabın fahişə qadınlarla bağlı telefon danışığı - - Mətn

zerrabin-fahise-qadinlarla-bagli-telefon-danisigi-
Oxunma sayı: 8212


Rüşvət və qaçaqmalçılıq ittihamı ilə həbs olunan azərbaycanlı iş adamı Rza Zərrabın Dubaydakı işlərini qaydaya salmaq üçün rüşvət verdiyi sübut olunub. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Sərrafın İstanbulda qəbul etdiyi dubaylı polis rəislərini qadınlarla təmin etdiyi də təsbit edilib. Məlum olub ki, Dubay polislərinin iki günlük İstanbul səfərində Zərrab onları otel xidməti və 15 qadınla təmin edib. 

Rzanın öz adamları ilə bu barədə apardığı telefon danışıqlarının detalları ortaya çıxıb: 

Sərraf: Təşkilat işlərini neylədin? 

Özçil: Təşkilat tamamdır Rza bəy, bu adamlara necə deyəcəyik, xəbərləri var elə deyil? 

Sərraf: Var, təbii özləri istəyib. Özçil: Qızları bara qoyacam, ora gəlsinlər. 

Sərraf: Hamısını bir yerə toplayarsan. O ərəb gələcəkmi? 

Özçil: Təşkil etdim Rza bəy. Çox önəmlidir, Rza bəy rica etdi dedim. Onsuz da nişanlıdır, evli deyil. Evliyəm deyirdi, 1500 dollar, daha artıq verəcəyəm dedim, gəl. 

Sərraf: 2000 ver, yetər ki razı qalsın.