Zəvvarlar bu gün qayıdır

Zəvvarlar bu gün qayıdır
Oxunma sayı: 334

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların birinci qrupu bu gün vətənə qayıdır.

“Qafqazinfo” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə verilən məlumata görə, zəvvarları gətirən təyyarə Bakı vaxtı ilə saat 16:30-da yerə enəcək. İdarədən onu da qeyd ediblər ki, zəvvarların ziyarəti zamanı hər hansı bir problem yaşanmayıb, ziyarət nəzərdə tutulduğu qaydada həyata keçirilib.

Məlumata görə, digər zəvvarlar isə sentyabrın 13-ü,14-ü və 15-də Azərbaycana dönəcəklər.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi