Zəvvarları daşıyan avtobus çaya düşdü - 22 ölü

zevvarlari-dasiyan-avtobus-caya-dusdu
Oxunma sayı: 757

Hindistanın Uttarakhand ştatında zəvvarları daşıyan avtobus çaya düşüb.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində azı 22 nəfər ölüb, daha 8 nəfər isə yaralanıb.

Məlumata görə, insident Nallupani şəhəri yaxınlığından qeydə alınıb. Avtobus Bxaqiratxi çayına düşüb. Polis qəzanın baş vermə səbəblərini araşdırır.