“Zəvvarların sənəd qəbulu başlanmayıb” - QMİ

zevvarlarin-sened-qebulu-baslanmayib-qmi
Oxunma sayı: 665

Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova “Qafqazinfo”ya zəng vuraraq həmin xəbərin doğru olmadığını və Qafqaz Müsəlmanları İdarəsi sənəd qəbulunu başlayanda istər KİV, istərsə də elanlar vasitəsilə ictimaiyyətə çatdıracağını əlavə edib: “Həcc ziyarətinə sənədlərin qəbulu ilə bağlı bəzi mətbuat orqanlarında yayılan informasiyalar yalnışdır”.

Qeyd edək ki, bu gün Qafqazinfo APA-ya istinadən “Həccə sənəd qəbulu başladı” başlıqlı xəbər dərc edib. Məlumatda bu gündən Azərbaycanda bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu və siyahıya alınmasına başlanıldığı qeyd olunub.