Zəvvarların təyyarəsi gecikəcək - AZAL-dan açıqlama

Zəvvarların təyyarəsi gecikəcək
Oxunma sayı: 779

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların birinci qrupu vətənə qayıdır.

“Qafqazinfo” xəbər verir ki, onların Bakıya qayıtmasında yubanma var. Belə ki, yerli vaxtla saat 16:30-da yerə enməli olan təyyarə təxminən elə həmin saatda Mədinə hava limanından çıxıb. 

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Qafqazinfo”ya bildirib ki, gecikməyə səbəb Azərbaycan tərəfi deyil:

“Mədinə aeroportunda sıxlıq var. Buna görə də həmin təyyarəni 3 saat gec yola salıblar. Nəticədə zəvvarları daşıyan təyyarənin 19:10-da Heydər Əliyev adına Hava Limanına enməsi gözlənilir”. 

Məlumata görə, digər zəvvarlar isə sentyabrın 13-ü,14-ü və 15-də Azərbaycana dönəcəklər. Bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi