Zeynəb Xanlarovanın mahnısını oğurladılar

zeyneb-xanlarovanin-mahnisini-ogurladilar
Oxunma sayı: 6087

Həmişə Azərbaycan xalq mahnıları ilə gündəmə gələn erməni müğənnisi Hayko Spitaklı bu dəfə də öz əməlindən əl çəkməyib.

Bu barədə “Qafqazinfo”ya xəbər verən BDU-nun Erməni araşdırmaları Elmi-Tədqiqat və Tədris Mərkəzinin rəhbəri İsmayıl Tanrıverdi bildirib ki, erməni müğənni bu günlərdə o sosial şəbəkədə “Yeni erməni xiti” başlığı ilə “Qarun, qarun” mahnısını təqdim edib.

Amma bu Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın məşhur “Qal sənə qurban” mahnısının musiqisinin eynidir. Sözləri Mikayıl Müşfiq, musiqisi isə Ələkbər Tağıyevə məxsusdur.  

Hər iki mahnını təqdim edirik: