Zeyno Baran: “Onların ailələrinə maddi yardım göstərəcəyik”

zeyno-baran-onlarin-ailelerine-maddi-yardim-gostereceyik
Oxunma sayı: 946

“Qafqazinfo”nun məlumatına görə təlimləri Avrasiya Siyasəti Mərkəzinin keçmiş direktoru Zeyno Baran Brayza, İngiltərənin Azərbaycanda Səfiri Karolin Braun, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev, Bilgi Universitetinin “Avropa Birliyi, İnteqrasiya və QHT-lər” kurs məzunu Əyləm Dursun, “Vətəndaş Cəmiyyətində Debat” İB-nin təlim üzrə meneceri Nərgiz Seyidzadə, “Vətəndaş Cəmiyyətində Debat” İB-nin icraçı direktoru Şahin Seyidzadə, “Vətəndaş Cəmiyyətində Debat” İB-nin icraçı direktorunun müavini Seymur Hüseynov və Xəzər Universitəsinin rektoru Hamlet İsaxanlı keçib. “Özünü Gücləndirmə Prinsipləri”ndən təlim verən Zeyno Baran Brayza qadınlarin gücləndirilməsi haqqında sessiya təqdim edib. O, qadının lider olması üçün özünə inamın vacib faktor olduğunu vurğulayıb. Xanım Brayza qeyd edib ki, Azərbaycanda qadınların bu sahədə inkişaf etməsi üçün əlindən gələni etməyə hazırdır: “Azərbaycanda qadınlar üçün məktəb və peşə kursları açmaq niyyətindəyəm. Eyni zamanda, qızların təhsil alması üçün onların ailələrinə maddi yardım göstərəcəyik ki, ailələri qızlarını məktəbə göndərsinlər. Bu sahədə bizə yardımçı olmaq üçün həmçinin, Türkiyədə “Baba beni okula göndər” kampaniyasının qurucuları da Bakıya gələcəklər. Onlar burada da, belə kampaniya təşkil edəcəklər”. Xatırladaq ki, Qadın Parlamenti Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) BMT-nin Demokratiya Fondunun maliyyə dəstəyi ilə yaradılıb. Parlament Azərbaycanda qadın hüquqları və gender bərabərliyi vəziyyətinin araşdırılması, təhlili, təkmilləşdirilməsi və inkişafı məqsədilə yaradılan və Azərbaycanın müxtəlif sahələri və çoxsaylı mövzular üzrə çalışan ölkənin tanınmış 25 qadınından ibarət bir qurumdur.

Qeyd edək ki, Qadın Parlamentinin rəsmi mandatı və ya statusu yoxdur. O, RİQC-in nəzdində fəaliyyət göstərən, qeyri-partiya formatında işləyən və rəmzi xarakter daşıyan bir qurumdur. Qadın Parlamentinin işi “Bərabərlik Haqqa Bərabərdir: Qadınlara Bərabərlik!” şüarı altında aparılır.

Səidə Teyyubqızı