Zibili düzgün atmadığı üçün həbs cəzası aldı

zibili-duzgun-atmadigi-ucun-hebs-cezasi-aldi
Oxunma sayı: 1407

İsveçrənin Bil şəhərində yaşayan bir nəfər zibili düzgün atmadığına görə həbs cəzası alıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, şəhər sakini məişət tullantılarını 2017-ci ildə rəsmi şəkildə istifadəsinə icazə verilməyən sellofana qoyduğu üçün kommunal-təsərrüfat işçiləri onu götürməkdən imtina ediblər. Belə olan halda həmin şəx zibili küçəyə qoyub. Zibilin qaydalara uyğun atılmasına nəzarət edən kommunal işçiləri həmin sakinin şəxsiyyətini müəyyən edərək 150 İsveçrə frankı cərimə ödəməsi ilə bağlı məhkəmə qərarı çıxartmışdılar.

Ancaq Bil sakini cəriməni ödəmədiyindən bu cəza həbslə əvəz edilib. 33 yaşlı kişi daha əvvəl də qumar qanunlarını pozduğu üçün 6,5 min frank cərimələnib və həmin məbləği də ödəmədiyi üzə çıxıb. Onun həbs cəzası almasında bu qanun pozuntusu da mühüm rol oynayıb.