Zibillikdə “toy” fotosessiyası - Fotolar

Zibillikdə “toy” fotosessiyası
Oxunma sayı: 2799

Rusiyanın Ryazan şəhərindən olan fəallar Turlatov kəndi yaxınlığında yerləşən zibil poliqonunda "toy" fotosessiyası təşkil ediblər.

"Qafqazinfo" xəbər verir ki, buna səbəb qalmaqallı poliqonla bağlı problemin illərdir həll edilməməsidir.

Belə ki, nə məhkəmələrin qərarı, nə də yerli sakinlərin məmurlara və hüquq-mühafizə orqanlarına müraciəti artıq uzun zamandır problemin həlli ilə nəticələnməyib. Bu səbəbdən fəallar problemə fəqli rakursdan yanaşıblar.

Aksiyanın təşkilatçısı İrina Peçorinanın sözlərinə görə, qalmaqallı poliqonda əleyhqazda çəkilən fotosessiya hökumətin problemə diqqətini çəkmək üçün cəhddir. O qeyd edib ki, əleyhqaz olmadan həmin ərazidə uzun müddət qalmaq olmur. Belə poliqonların sayı minlərlədir. 

 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi