Zidan “Real”dan getdi - Şok qərar

zidan-realdan-getdi
Oxunma sayı: 8411

Zinəddin Zidan Madrid “Real”ının baş məşqçi postundan istefa verib.

“Qafqazinfo” xəbər verir ki, onun istefası rəsmən saat 15:00-da baş tutacaq mətbuat konfransında açıqlanacaq. 

Zidan mayın 26-da "Real"la üçüncü dəfə ardıcıl olaraq UEFA Çempionlar Liqasının qalibi olub. Bununla da tarix yazan çalışdırıcı dünyada ÇL kubokunu ardıcıl qazanan ilk məşqçidir. 

Qeyd edək ki, fransalı mütəxəssis 2016-cı ildən "Real"ın baş məşqçisi postunda çalışır

***

Artıq mətbuat konfransı başlayıb. Zidan Madrid klubundan ayrıldığını özü rəsmən açıqlayıb.