Zığ yolundakı qəza ilə bağlı araşdırma aparılır - BNA

Zığ yolundakı qəza ilə bağlı araşdırma aparılır
Oxunma sayı: 1351

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

Agentlikdən “Qafqazinfo”ya verilən məlumata görə, paytaxtın Zığ yolunda fiziki şəxs Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 104 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Daşıyıcının verdiyi məlumata görə, saat 16:40 radələrində Zığ yolunda evakuator avtomobili 104 nömərli müntəzəm marşrut üzrə hərəkət edən 90 RZ 540 DQN nömrəli avtobusu arxadan vurub. Hadisə ilə əlaqədar daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağırılıb və müvafiq araşdırma aparılır.

Xatırladaq ki, qəza nəticəsində avtobusda olan 3 nəfər sərnişin xəsarətlə xəstəxanaya yerləşdirilib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi