Zimbabve prezidenti Bakıya gəldi - Foto

zimbabve-prezidenti-bakiya-geldi
Oxunma sayı: 3032

Zimbabve prezidenti Emmerson Mnanqaqva yanvarın 18-də Azərbaycana işgüzar səfərə gəlib.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Zimbabve prezidentini hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.