Zimbabve prezidentinə sui-qəsd edilib

zimbabve-prezidentine-sui-qesd-edilib
Oxunma sayı: 2107

Zimbabve prezidenti Emmerson Mnanqaqva prezident seçkiləri öncəsi xalq qarşısında çıxış edərkən sui-qəsd hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Bulavayo şəhərində naməlum şəxslər mitinq keçirilən ərazidə partlayış törədiblər.

Hadisə nəticəsində onlarla insan yaralanıb. Onların arasında vitse-prezident və bir neçə nazirin də olduğu bildirilir.

Sui-qəsdin təşkilatları axtarılır.