Zimbabvedə naziri girov götürdülər

Zimbabvedə naziri girov götürdülər
Oxunma sayı: 430

Zimbabvedə hərbçilər şəhəri mühasirəyə alıb.

 “Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, əsgərlər ölkənin maliyyə naziri İqnasius Çombonu girov götürüblər.

Məlumata görə, Xarare şəhərində hökumət binasına, parlamentə və məhkəmə binalarına gedən yollar hərbi texnika tərəfindən bağlanıb. Şahidlərin sözlərinə görə, paytaxtda 3 dəfə partlayış olub. Hərbçilər isə televiziya vasitəsilə rəsmi müraciət edərək ölkədə çevriliş etmədiklərini, prezidentin və ailə üzvlərinin sağ-salamat olduqlarını bəyan ediblər. Onlar “Biz missiyamızı başa çatdırdıqdan sonra vəziyyət normala qayıdacaq”,-deyiblər.

 Generallardan birinin sözlərinə görə, əsgərlər ölkə rəhbəri Robert Muqabenin ətrafında olan  cinayətkarlara qarşı mübarizə aparırlar. 

Aysel Kərimova 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi