Ziqmar və Lavrov arasında telefon danışığı olub

ziqmar-ve-lavrov-arasinda-telefon-danisigi-olub
Oxunma sayı: 749

Almaniyanın XİN rəhbəri Ziqmar Qabriel ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniya XİN-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər.

Almaniya XİN rəhbəri "Bütün tərəflər BMT Təhlükəsizlik Şurasının 2401 qətnaməsini yerinə yetirməli və Suriyada atəşkəsi təmin etməlidir",-deyə bildirib.

Qeyd edilir ki, 5 saatlıq humanitar yardım üçün fasilə bu istiqamətdə atılacaq ilk addım ola bilər.

Xatırladaq ki, ötən şənbə günü BMT Təhlükəsizlik Şurası yekdilliklə Suriyada 30 günlük atəşkəs rejiminin tətbiq olunması və ölkədə gələcəkdə humanitar əməliyyatların keçirilməsi barədə qətnamə qəbul edib. Sənəd bütün tərəfləri "yubanmadan toqquşmaları dayandırmağa" və bütün Suriya ərazisində ən azı 30 gün uzun müddətli humanitar fasilənin təmin edilməsinə sadiq olmağı tələb edir.