“Zirə” azarkeşinə 696 nömrəli forma verdi - Foto

zire-azarkesine-696-nomreli-forma-verdi
Oxunma sayı: 1046

Topaz Premyer Liqasının sonuncu - 28-ci turunda “Sumqayıt”la qarşılaşacaq “Zirə” bu oyuna hazırlığı davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, komandanın Zirə Olimpiya İdman Kompleksinin stadionunda bu gün keçirilən məşqində qonağı olub.

Belə ki, ali təhsil müəssisələrinə qəbul imtahanında 696 bal toplayan Zirə kənd sakini Məmməd Hüseynzadə məşqçi və futbolçularla görüşüb. Ona komandanın icraçı direktoru Cahangir Məmmədov və baş məşqçi Ayxan Abbasov tərəfindən “Zirə”nin 696 nömrəli futbolkası hədiyyə edilib.