“Zirə” Georgi Hacinin komandasına uduzdu

zire-georgi-hacinin-komandasina-uduzdu
Oxunma sayı: 647

Türkiyədə hazırlıqlarını davam etdirən “Zirə” klubu növbəti yoldaşlıq görüşünə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan təmsilçisi Georgi Hacinin çalışdırdığı son Rumıniya çempionu “Vitorul”la qarşılaşıb.

Oyun “Vitorul”un 2-1 hesablı qələbəsi ilə başa çatıb. “Zirə”nin yeganə qolunu yeni transfer Orxan Əliyev vurub. Kamal Bayramov isə penaltini dəf edərək hesabın artmasının qarşısını alıb.

Qeyd edək ki, “Zirə” bundan öncəki yoldaşlıq görüşlərində Bakı “İnter”ini 2:0, Kamerunun “Columbe Sportive” klubunu isə 8:0 hesabı ilə məğlub edib.