“Zirə” ikinci pilləyə yüksəldi - Video

“Zirə” ikinci pilləyə yüksəldi
Oxunma sayı: 934

Azərbaycan Premyer Liqasında X tur çərçivəsində daha bir oyun keçirilib.

“Qafqazinfo” xəbər verir ki, turun mərkəzi görüşündə “Zirə” öz meydanında “Qəbələ”ni qəbul edib.

Liderin ən yaxın izləyicilərinin matçından 3 xalla ayrılan “Zirə” olub.

Meydan sahibləri 18 və 38-ci dəqiqələrdə vurduğu qolarla ilk hissəni 2-0 öndə bitirib. “Qəbələ” isə 43-cü dəqiqədə azlıqda qalmasına baxmayaraq, 71-ci dəqiqədə hesab arasındakı fərqi 1-ə endirib. Lakin, qonaqların bundan artığına gücü çatmayıb.

Beləliklə, “Zirə” növbəti qələbəsini qazanaraq 21 xalla 2-ci pilləyə yüksəlib. “Qəbələ” isə 19 xalda qalaraq 3-cü pilləyə enib.

“Zirə” – “Qəbələ” - 2:1

Qollar: Milan Duriç, 18-pen., Sadio Tounkara, 38 - Famoussa Kone, 71

Qırmızı vərəqə: Cavid Hüseynov, 43


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi