“Zirə” legioneri ilə yolları ayırdı

zire-legioneri-ile-yollari-ayirdi
Oxunma sayı: 651

Başa çatan mövsüm “Zirə”nin heyətində çıxış edən daha bir legionerin taleyinə aydınlıq gəlib.
 
“Qafqazinfo” Sportal.az-a istinadən xəbər verir ki, Ben Sanqare ilə danışıqlara yekun vurulub. Qarşılıqlı razılaşmaya əsasən, futbolçunun karyerasını başqa yerdə davam etdirməsinə qərar verilib.
 
Qeyd edək ki, “Nansi”nin yetirməsi olan Ben yeniyetmə yaşlarında Almaniyanın “Frayburq” klubunun ikinci komandasında da çıxış edib. Bundan sonra yenidən Fransaya dönən Seneqal əsilli 26 yaşlı cinah futbolçusu aşağı liqa klublarında forma geyinib.

Sanqare "Zirə"yə qış fasiləsində transfer edilmişdi.