“Zirə” Papazoğlu ilə anlaşdı

zire-papazoglu-ile-anlasdi
Oxunma sayı: 896

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

“Qafqazinfo” klub saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Anastasios Papazoğlu ilə anlaşıb. 30 yaşlı müdafiəçi ilə birillik müqavilə bağlanılıb.

Yunanıstanlı futbolçu bunadək vətənində “Panserrakios”, “Olimpiakos”, "Ksnti”, Panetolikos”, “Apollon” və OFİ, eləcə də Kiprin APOEL klublarında çıxış edib.