“Zirə” üçün qazaxıstanlılar

zire-ucun-qazaxistanlilar
Oxunma sayı: 645

Avropa Liqasında ölkəmizi təmsil edəcək “Zirə”nin I təsnifat mərhələsindəki ilk görüşünün hakimləri  bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, Bakıda "Differdanj"la keçiriləcək matçı qazaxıstanlı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Daniyar Saxi olacaq. Ona Yuriy Tikhonyuk və Alibek Aubakirov kömək edəcək. Dördüncü hakim funksiyasını Marat İskakov yerinə yetirəcək.
 
Qeyd edək ki, “Zirə” – “Differdanj”  matçı iyunun 29-da "Dalğa Arena"da keçiriləcək.