“Zirə” yeni prezidentini açıqladı

“Zirə” yeni prezidentini açıqladı
Oxunma sayı: 1367

“Zirə” klubu məlumat yayıb. “Qafqazinfo” xəbər verir ki ardıcıl 3-cü mövsümdür Topaz Premyer Liqasında çıxış edən qəsəbə təmsilçisinin boş qalan prezident pöostuna yeni təyinat açıqlayıb.

Aparılan klubdaxili məsləhətləşmələrin nəticəsi olaraq, Orxan Məmmədov “Zirə”nin fəxri prezidenti seçilib.  Buna qədər icraçı direktor vəzifəsində çalışan Natiq İsmayılov “Zirə” nin prezidenti təyin olunub. İcraçı direktor vəzifəsini isə bundan sonra Cahangir Məmmədov yerinə yetirəcək.

Xatırladaq ki, "Zirə"nin prezident postu ötən mövsümün əvvəlində Vüqar Astanovun gedişindən sonra boş idi. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi