“Zirə”dən daha bir rəsmi transfer - Foto

“Zirə”dən daha bir rəsmi transfer
Oxunma sayı: 612

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb. 

“Qafqazinfo” xəbər verir ki, sözügedən klub Trinidad və Tobaqo yığmasının üzvü Jomal Uilyamsla anlaşıb.

Onunla 6 aylıq müqavilə bağlanılıb. 

23 yaşlı hücumçu cari mövsümün sonuna kimi “W Connection” klubundan icarəyə götürülüb. Tərəflər arasında anlaşmaya əsasən futbolçu ilə icarə müqaviləsini artırmaq və ya birdəfəlik transfer etmək hüququ “Zirə”yə məxsusdu. 

Jomal Uilyams “Zirə”də 29 nömrəli forma ilə çıxış edəcək.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi