Zirzəmidə yaşayan oğlan - Fotolar

zirzemide-yasayan-oglan-fotolar
Oxunma sayı: 641

“Qafqazinfo” xəbər verir ki, bu oğlanın sol ayağı əlildir. Həmçinin danışa da bilmir. Biz hər gün küçədə dilənçilik edən bu oğlanın polislər tərəfindən döyüldüyünə şahid olduğumuz üçün diqqətimizi cəlb etdi. O, bizimlə danışa bilmədi....

Sadəcə əl işarələri ilə başa saldı ki, zirzəmidə yaşayır. O, göstərdiyi zirzəmiyə girib gözdən itdi. Ətrafda olanlar isə bu ayağı şikəst, lal oğlanı tanımadıqlarını bildirdilər.

Onu da deyək ki, bu cavan oğlanın yaşadığı binanın zirzəmisi əvvəllər “Şamdam” barı kimi faliyyət göstəib. İndi isə qapısı bağlı boş zirzəmi kimi qalıb. Zirzəminin üstündə eliktrik xətləri də keçir.

Qeyd edəki, bu insanın yaşadığı binanın zirzəmisinin üstündə, Bakı şəhər Baş Səhiyyə İdarəsi, TTYS 103 yardımçı serves xidməti faəliyyət göstərir.

Aynur Babayeva