Ziya Məmmədov 40 işçisini qovub

ziya-memmedov-40-iscisini-qovub
Oxunma sayı: 649

Bunu SalamNews-a Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib.

Onun sözlərinə görə, bu dövrdə sürücülərə qarşı mənfi münasibət, onların etibarından sui-istifadə edərək korrupsiya meyillilik göstərdiyinə, vəzifə səlahiyyətlərini aşdığına, vətəndaşlara kobudluq etdiyinə görə nəqliyyat müfəttişləri işdən çıxarılıblar.

O deyib: “İşdən azad edilənlərin 9-nun işi aidiyyatı üzrə hüquq mühafizə orqanlarına təqdim olunub. Çox təssüflər olsun ki, bəzi müfəttişləri hələ də sürücülərin etibarından sui-istifadə edərək onları aldadır, özlərini Nəqliyyat Nazirliyinin əməkdaşı kimi təqdim edirlər. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional İdarəsi adından hüquqi və fiziki şəxsələrə, taksi sürücülərinin nəzrərinə çatdırırıq ki, ödənişlər yalnız qanunə müvafiq qaydada aparılmalıdır. Xahiş olunur ki, adi yerlərdə nazirliyin adından istifadə edərək onlardan pul istəyən şəxslərə ödəniş etməsinlər. Onlar dələduzluqla məşğul olan insanlardır və nazirliyin adından istifadə edirlər."