Ziya Məmmədov 500 “London taksi”si gətirir

ziya-memmedov-500-london-taksisi-getirir
Oxunma sayı: 1124


"Qafqazinfo" xəbər verir ki, bunu SalamNews-a Nəqliyyat Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Namiq Həsənov deyib.

Onun sözlərinə görə, paytaxta daha 500 “London taksi”sinin gətiriləcəyi ilə bağlı artıq müqavilə imzalanıb.

Bundan başqa, yeni avtobusların da gətirilməsi gündəmdədir. Daha konfortlu orta və iri avtobusların gətirilməsi ilə bağlı müxtəlif ölkələrlə danışıqlar aparılır. Bu işlər yəqin ki, dekabr ayında yekunlaşacaq".