Ziya Məmmədov Azərbaycandan gedib?

ziya-memmedov-azerbaycandan-gedib
Oxunma sayı: 743

Keçmiş nazir Ziya Məmmədovun ölkəni tərk etməsi barədə informasiya yayılıb. O da bildirilir ki, eks-nazir ölkəni həmişəlik tərk etmək qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, Modern.az saytı məsələni dəqiqləşdirmək üçün keçmiş nazirin qardaşı Elton Məmmədovla əlaqə saxlayıb. Eks-deputat xəbərə sərt cavab verib. O, deyib ki, xəbər həqiqəti əks etdirmir: "Ölkəni də, vətəni də şərəfsizlər tərk edər! Ziya Məmmədov ölkəsini, vətənini niyə tərk etməlidir ki?”

Sabiq deputat Elton Məmmədov mətbuatın Ziya Məmmədovla bağlı ona sual ünvanlamasını yaxşı qarşılamadığını da deyib: "Dəfələrlə bütün mətbuat nümayəndələrinə demişəm ki, mənimlə bağlı nə sualınız varsa, cavablandırmağa hazıram. Amma Ziya Məmmədovla bağlı mənə sual verməyin!”.