Ziya Məmmədov fəhlələr yıxılan yerdə açılış etdi- - Foto

ziya-memmedov-fehleler-yixilan-yerde-acilis-etdi-
Oxunma sayı: 2169


Bu münasibətlə keçirilən tədbirdə nəqliyyat naziri Ziya Məmmədov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov, “Evrascon” şirkətinin baş direktoru Manaf Şirinov iştirak ediblər.

“Qafqazinfo”nun xəbərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov AzərTAc-a bildirib ki, 208 metr uzunluğunda olan bu körpünün istifadəyə verilməsi sayəsində ərazidəki birxətli dəmir yolu ikixətli dəmir yolu ilə əvəzlənəcək və qatarların hərəkətinin təhlükəsizliyi təmin olunacaq. Ümumiyyətlə, ikinci körpünün tikintisi yolun səmərəliliyi və rəqabətə davamlılığının artırılması istiqamətində əhəmiyyətli addımdır.

Həmçinin Poylu stansiyasının girişindən başlayaraq, yeni tikilən körpünün üzərindən keçməklə Salahlı-Poylu mənzilinin 73-cü kilometrinə qədər 1900 metr uzunluqda yeni dəmir yolunun qoyuluşu da həyata keçirilib.

Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və infrastruktur departamentinin müvafiq qurumları həyata keçiriblər.

Qeyd edək ki, dünən həmin körpüdə fəhlələr qaynaq işləri apararkən dəmir pilləkən anidən qırılıb.

Nəticədə 5 fəhlə 10 metr hündürlükdən yerə düşüb.

Hadisə nəticəsində xəsarət alan Mansurov Yaşar Musa oğlu, Rüstəmov Talıb Rəcəb oğlu və Əmiraslanov Elxan Ağstafa, Tağıyev Çingiz Ənvər oğlu və Hüseynov Elxan isə Qazax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlar müxtəlif bədən xəsarətləri alıblar.

Qeyd edək ki, dəmiryolu körpüsündən xaricə yük və sərnişin daşınması üçün istifadə olunur.