Ziya Məmmədov gediş haqlarını artırmaq istəyir - Müraciət

ziya-memmedov-gedis-haqlarini-artirmaq-isteyir-muraciet
Oxunma sayı: 634

SalamNews xəbər verir ki, bunu nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, Nəqliyyat Nazirliyi Tarif Şurasına Azərbaycan ərazisində şəhərdaxili və şəhərlərarası avtobus sərnişindaşımaları tariflərinin artırılması təklifini edib: "Hazırda avtobuslarla həm şəhərdaxili, həm də şəhərlərarası sərnişin daşımaları ilə özəl sektor məşğul olur. Son zamanlar iş adamlarından mövcud gediş haqlarının onların çəkdiyi məsrəflərə uyğun olmaması, xərclərin artması barədə müraciətlər daxil olur. Bu səbəbdən Nəqliyyat Nazirliyi gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət etmək qərarına gəlib."