Ziya Məmmədovun müşaviri qohumunu yenidən məhkəməyə verir

ziya-memmedovun-musaviri-qohumunu-yeniden-mehkemeye-verir
Oxunma sayı: 645

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri Çingiz Baxşıyevin 7 kiloqram qızılını mənimsəməkdə ittiham edilən və bir neçə gün öncə bəraət alan Rövşən Əhmədovun iddialarına qarşı tərəf münasibət bildirib. R.Əhmədov həbsdən çıxdığı gün redaksiyamıza gələrək qohumu Ç.Baxşıyev haqda ciddi ittihamlar səsləndirmişdi. 

Çingiz Baxşıyevin yeni vəkili Ceyhun Yusifov “Qafqazinfo”ya açıqlamasında ittihamlara münasibət bildirib. O deyib ki, R.Əhmədovun dedikləri yalan və şər-böhtandır: “Onun iddialarının heç bir hüquqi əsası yoxdur. Çingiz Baxşıyevi bir çox ağır cinayətlərdə ittiham edib. Biz də buna görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün qısa zamanda onunla bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edəcəyik.

Bu hərəkəti əvvəlki fəaliyyətinin bu və ya digər formada davamıdır. Rövşən Əhmədov öz bacısına qarşı törətdiyi cinayətinə görə Salyan rayon məhkəməsinin hökmü ilə məhkum edilib. Bu məlumatı bəraət hökmü çıxaran hakim də bilirdi. Rövşən Əhmədov barəsindəki bəraət hökmü ilə bağlı da mübarizəmizi hüquqi müstəvidə davam etdirəcəyik”.

C.Yusifov qeyd edib ki, R.Əhmədov bundan öncə Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.

R. Əhmədovun Ç. Baxşıyevə qarşı ittihamları ilə BURADA tanış ola bilərsiniz:

Murad Əhməd