Ziya Məmmədovun “nəqliyyat işgəncəsi”...

ziya-memmedovun-neqliyyat-isgencesi-
Oxunma sayı: 644

Bu barədə “Qafqazinfo”ya məlumat verən Vətəndaş və İnkişaf Partiyasının (VİP) Xəzər rayon təşkilatının sədri Rafiq Rəhimov bildirib. O deyib ki, Nəqliyyat Nazirliyinin yersiz eksperimentləri rayonun ictimai nəqliyyat istifadıçiləri üçün ciddi problemlər yaradıb:

“Bir sıra marşrutların bağlanması xüsusilə Buzovna qəsəbəsinin sakinlərinin işini çox ağırlaşdırıb. Yaxın vaxtlara qədər qəsəbə daxilində işləyən 19 və 146 saylı marşrut avtobuslarının xətdən çıxarılması işləyən sakinlərin, tələbə və şagirdlərin işini lap ağərlaşdırıb. Təsəvvür edin ki, bir dayanacaq məsafə qət etməli olan insanlar artıq iki dəfə marşrut dəyişmək məcburiyyətində qalıblar. Bu da ki həm əlavə vaxt, həm də pul sərfi deməkdir. Bir sözlə, Nəqliyyat Nazirliyi Buzovna sakinlərinin əsəbləri ilə oynayır.

Artıq qış mövsümü başlayıb. Sabah qarlı-şaxtalı havada əhali iş başına, tələbə və şagirdlər isə məktəbə necə gedəcəklər? Sakinlər bağlanmış marşrutların bərpa olunmasını tələb edirlər. Əks halda, bu narazılığın nə ilə nəticələnəcəyi məlum deyil”.