Ziya Məmmədovun prezidentə hesabatı

ziya-memmedovun-prezidente-hesabati
Oxunma sayı: 3809



“Qafqazinfo” xəbər verir ki, Z. Məmmədov Dövlət Proqramı çərçivəsində ölkənin avtomobil yollarında 3017 kilometr, o cümlədən 1103 kilometr respublika əhəmiyyətli və 1914 kilometr yerli əhəmiyyətli yol çəkildiyini, yenidən qurulduğunu və təmir olunduğunu deyib. Nazir deyib ki, regionlarda ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə şəhərlərarası və rayonlararası xətlərdə marşrutların sayı 1,2 dəfə artıb. Eyni zamanda, Bakıdan və respublikanın digər şəhərlərindən qonşu ölkələrə 21 beynəlxalq marşrut üzrə 310 avtobus sərnişinlərə xidmət göstərir.

“Ümumilikdə 2004-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilmiş iki Dövlət Proqramı və əlavə tədbirlər daxilində 8332 kilometr, o cümlədən 2622 kilometr respublika əhəmiyyətli, 5710 kilometr yerli əhəmiyyətli avtomobil yolları çəkilmiş və təmir olunmuş, ümumi uzunluğu 10087 metr təşkil edən 222 körpü və yol ötürücüsü tikilmiş, 85 körpü əsaslı təmir olunmuşdur. Bundan əlavə, 400 kilometrdən çox dəmir yolu əsaslı təmir olunmuş, regionlarda yeni 4 hava limanı tikilmiş, 2 liman tam yenidən qurularaq istismara verilmiş, yeni hava gəmiləri alınmışdır. Bu dövr ərzində 16 avtovağzal tikilmiş, 9 avtovağzal yenidən qurulmuş, iri və orta tutumlu 2760 yeni avtobus, 1800 taksi vətəndaşlarımızın istifadəsinə verilmişdir.

Yol-nəqliyyat kompleksi üzrə bu tədbirlərin yerinə yetirilməsinə müxtəlif mənbələrdən 8,2 milyard manat vəsait sərf olunmuşdur.

Sizi əmin etmək istərdim ki, gələcək illər üçün nəzərdə tutulan regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramında Nəqliyyat Nazirliyinə həvalə edilən tədbirlərin yerinə yetirilməsi tam təmin olunacaqdır”.