Ziya Məmmədovun qardaşı prorektor təyin olundu

ziya-memmedovun-qardasi-prorektor-teyin-olundu
Oxunma sayı: 9299

Milli Məclisin sabiq deputatı Elton Məmmədov Azərbaycan Texniki Universitetində prorektor təyin olunub.

“Qafqazinfo” xəbər  verir ki, bu barədə ATU-nun  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev məlumat yayıb.

O bildirib ki, Təhsil nazirinin əmri ilə Elton Məmmədov Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib:

"AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetdə yeni təsis edilən Strateji inkişaf üzrə prorektor vəzifəsinə təyin olunan Elton Məmmədovu kollektivə təqdim edib".