Ziya Məmmədovun səlahiyyətləri artırıldı

ziya-memmedovun-selahiyyetleri-artirildi
Oxunma sayı: 640

Nazirlər Kabineti Nəqliyyat Nazirliyinin səlahiyyətlərini artırıb. “Qafqazinfo”nun Nazirlər Kabinetinin saytına istinadən məlumatına görə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə prezident İlham Əliyevin 2011-ci il fevralın 15-də imzaladığı fərmana əsasən yeni dəyişikliklər açıqlanıb.

Dəyişikliklərə əsasən, bundan sonra Azərbaycanda nəqliyyat-yol infrastrukturu sahəsində aparılan tikinti və yenidənqurma işləri zamanı tikinti altına düşən xüsusi, bələdiyyə mülkiyyətində olan və üzərində istifadə və icarə hüquqları olan dövlət mülkiyyətindəki torpaqları dövlət ehtiyacları üçün Nəqliyyat Nazirliyi alacaq.

Həmçinin Nəqliyyat Nazirliyinə tapşırılır ki, bu qərarın 1-ci hissəsində nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirmək və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

Bu qərar imzalandığı gündən qüvvəyə minir.