Ziyalılar Forumunun yaxınlarda toplaşacağı gözlənilir

ziyalilar-forumunun-yaxinlarda-toplasacagi-gozlenilir
Oxunma sayı: 644

O deyib ki, forumun növbəti toplantısını bu ay keçirmək nəzərdə tutulur: “Hazırlıq işləri yekunlaşır. Müzakirə mövzusu dəqiqləşib. Gənclərin problemləri haqda söhbət gedəcək. Amma toplantının harada keçiriləcəyi bəlli deyil. Bir neçə yer var nəzərimizdə. O cümlədən “Hyatt Regency” hoteli”.

2011-ci il dekabrın 29-da “Hyatt Regency” hotelinin “Bakı” zalında yığıncaq keçirmək istəyən Ziyalılar Forumu problemlə üzləşib. İşıqlar sönüb və hotel rəhbərliyi bunu binanın elektrik sistemində baş vermiş qəza ilə izah edib. Təşkilatçılar isə baş verənləri hakimiyyətin toplantıya mane olması kimi qiymətləndiriblər.

Eldar Namazovun sözlərinə görə, hotel rəhbərliyi indiyə kimi Ziyalılar Forumuna “burada tədbir keçirmək olmaz” deməyib: “Biz bu məsələni prinsipial məsələ sayırıq. Məsələnin axırına çıxacağıq. Ya hoteldə Ziyalılar Forumuna toplantı keçirmək şəraiti yaradılacaq, ya da “Hyatt Regency” şəbəkəsinin mərkəzi ofisinə şikayət ərizəsi yazacağıq”.