Ziynet Sali Muradın mahnısını oxuyacaq

ziynet-sali-muradin-mahnisini-oxuyacaq
Oxunma sayı: 4691

Azərbaycanlı müğənni Murad Ariflə türkiyəli ifaçı Ziynet Salinin ikinci əməkdaşlığı baş tutub.  “Qafqazinfo” xəbər verir ki, bu barədə Muradın özü instaqram səhifəsində məlumat yayıb. 

İfaçı bildirib ki, Ziynet  onun “Gedək oppalara”nı oxuyacaq:

“Artıq açıqlama verə bilərik. Türkiyə ulduzlarından sevgili Ziynet Sali ilə ikinci əməkdaşlığımız baş tutdu. Xatırlayırsızsa, o, əvvəlki albomunda mənim “İstanbul” mahnımı oxumuşdu. İndi isə “Oppalara”nın vaxtıdır. Musiqi mənə, sözləri isə mən və Sinan Akçıla aiddir”.