Zona yarışlarına start verilib

zona-yarislarina-start-verilib
Oxunma sayı: 663

Güləş Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, yarışlar 1996-97-ci il təəvəllüdlü yeniyetmələr arasında təşkil olunur və AGF-in 1, 4, 6 və 7 saylı nümayəndəlikləri tərəfindən keçirilir. İştirakçıların sayını nəzərə alaraq 4, 6 və 7 saylı nümayəndəliklərdə hər çəki dərəcəsində yalnız finalçılar, 1 saylı nümayəndəlikdə isə sərbəst növdə 1-3, yunan-roma növündə 1-5-ci yerləri tutanlar turnirində iştirak hüququ əldə edəcəklər.

1 saylı nümayəndəliyin seçim xarakterli Bakı birinciliyi Hövsan Olimpiya İdman Kompleksində təşkil olunub. Reqlamentə əsasən, oktyabrın 4-5-də sərbəst, 6-7-də isə yunan-roma növündə qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, respublika turniri Helsinki Olimpiya oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunub və oktyabrın 20-23 tarixləri arasında keçiriləcək.

Sevinc