“Zontik”, “Malenkoye Çudo” və “Tortinka” almayın! - Xəbərdarlıq

zontik-malenkoye-cudo-ve-tortinka-almayin-xeberdarliq
Oxunma sayı: 1160

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müəssisədə istehsal edilən hazır məhsullardan götürülmüş nümunələrin laborator müayinəsi zamanı “Zontik”, “Malenkoye Çudo” və “Tortinka” plombir dondurmalarında mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox olduğu müəyyən edilib.
Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar dondurmalarının istehsalı və satışının dayandırılması, müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış məhsulların geri yığılması, habelə insan orqanizmi üçün təhlükəli 200,7 kq dondurmanın məhv edilməsi barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Tahir Qasımova icrası məcburi göstəriş verilib.
Müəssisədə istehsal edilən dondurmaların insanların, xüsusi ilə uşaqların sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğunu nəzərə alaraq, Tahir Qasımova dondurma istehsalı üçün verilmiş gigiyenik və uyğunluq sertifikatlarının ləğv edilməsi ilə bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən müvafiq orqanlar - Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qarşısında məsələ qaldırılıb.

Nigar Məmmədli