“Zorakılıq qurbanları üçün qaynar xətt yaradılmalıdır”

zorakiliq-qurbanlari-ucun-qaynar-xett-yaradilmalidir
Oxunma sayı: 1174

Xəbər verdiyimiz kimi, Milli Məclisdə 5 komitə birgə 2018-ci ilin dövlət büdcəsini müzakirə edir. 

"Qafqazinfo"nun məlumatına görə, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, gələn ilin büdcəsində pulsuz dərsliklər, sağlamlıq məhdudiyyəti olan uşaqlar üçün müxtəlif korreksiyaedici inklüziv təhsilin təşkil edilməsi və digər təhsil tədbirlərin həyata keçirilməsi üçün vəsait ayrılması nəzərdə tutulub:

"Hökumət uşaqlı ailələrə verilən müavinət məsələsinə yenidən baxmalıdır. Təklif edirəm ki, uşaqlı ailələrə verilən vəsait artırılsın və 3 il müddətində həmin müavinət verilsin. 

Digər məsələ isə gənc ailələrin mənzil təminatı ilə əlaqədardır. Həkim və müəllimlər üçün də güzəştli ipoteka kreditlərinin verilməsi təklif edirəm .  

Qadınlara qarşı məişət zorakılığı ilə bağlı narahatedici statistika bu sahədə fəaliyyətin gücləndirilməsini tələb edir. Lakin statistika ürəkaçan deyil. Yerlərdə davamlı fəaliyyət göstərmək imkanı olan krizis mərkəzlərinin yaradılmasına ehtiyac var. Məişət zorakılığının qarşısının alınmasında görülməli olan ən mühüm məsələ hüquq-mühafizə orqanları,  yerli icra hakimiyyəti orqanlarında, psxioloq, sosial işçi statusunun yaradılmasıdır. Zorakılıq qurbanları üçün qaynar xətt yaradılmalıdır".

***

Nazir Səlim Müslümov isə bildirib ki, 3 yaşadək uşaqlar üçün müavinatların artırılması və 3 il ərzində stabil şəkildə ödənilməsinə gəlincə, bu istiqamətdə işlər gedir və sonda bu məsələyə yenidən baxılması nəzərdə tutulub.

O qeyd edib ki, Bakı, Lənkəran, Xaçmaz şəhərlərində məişət zorakılığından əziyyət çəkənlərə sığınacaq yaradılması nəzərdə tutulub.