Zori Balayanın kürəkəni avtoqəzada öldü

zori-balayanin-kurekeni-avtoqezada-oldu
Oxunma sayı: 653

ANS PRESSin Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Zori Balayanın kürəkəni David Qasparyan Lori əyalətindəki avtoqəza nəticəsində ölüb. Sürücü "Hyundai" markalı maşını idarəetməsini itirib. 3 metrlik ağaçın üstündən uçan maşın açıb.

Qeyd edək ki, Zori Balayan erməni yazıçısı və siyasətçisidir. 1999-cu ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol Balayanı xüsusilə təhlükəli cinayətkar kimi beynəlxalq axtarışa elan etsə də, 2001-ci ildə onu bu siyahıdan çıxarır. Bundan sonra, Azərbaycan Baş Prokurorluğu MDB ölkələrinin aidiyyatı orqanlarına analoji təqdimatla müraciət edib. 2005-ci ilin may ayında Zori Balayan İnterpol tərəfindən, İtaliyanın Brindizi şəhərində beynəlxalq axtarışda olan cinayətkar kimi saxlanılır, polis məntəqəsində 4 saat saxlandıqdan sonra sərbəst buraxılır.