Zorla ərə verilən qız intihar etdi - 4 ay əvvəl toyu olmuşdu...

Zorla ərə verilən qız intihar etdi
Oxunma sayı: 6493

Biləsuvar rayonunda gənc qadın intihar edib. "Qafqazinfo" Bakipost.az-a istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb. Məlumata görə, Aşağı Cürəli kəndindən olan Abbasova Könül Sakit qızı 4 ay əvvəl xalası oğlu ilə ailə quraraq Bəydili kəndinə gəlin köçüb. Bu gün isə o, tavandan asılı vəziyyətdə tapılıb.
 
Onun ata-anası tərəfindən xalası oğluna məcburən ərə verildiyi qeyd olunur.
 
Bəydili kənd bələdiyyəsinin sədri İlqar Kərimov açıqlamasında intihar faktını təsdiqləyib. Bildirib ki, hadisənin hansı səbəbdən baş verdiyi hələ ki bilinmir.
 
Xatırladaq ki, ötən ay Biləsuvar rayonunun Bəydili kəndində daha bir intihar hadisəsi qeydə alınmışdı. Kənd sakini 31 yaşlı Esmira Həsənova özünü yaşadığı evdə asmışdı. O, intihar etməmişdən əvvəl məktub yazaraq həyatından və problemlərdən bezdiyini, ölümündə heç kimin günahkar olmadığını bildirmişdi.
 
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi