Zövqlü müştərilər üçün yeni məkan - “Victoria Studio”

zovqlu-musteriler-ucun-yeni-mekan
Oxunma sayı: 2442

Bakıda “Victoria Studio” və “Mirage Mobilya”nın birgə satış mağazasının açılışı olub. “Qafqazinfo” xəbər verir ki, açılış münasibətilə təşkil olunan tədbiri aparıcı Afaq Gəncəli açıb və mağaza haqqında məlumat verib.

"Qafqazinfo" xəbər verir ki, sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, “Mirage Mobilya”nın fabrik müdürü Nuri Gürcan çıxış ediblər və təbriklərini çatdırıblar.

“Victoria Studio” və “Mirage Mobilya”nın təsisçisi Əfqan Bəşirov bildirib ki, “Victoria Studio” Azərbaycan təmir və tikinti sektorunda 2005 ci ilin yanvar ayından etibarən fəailiyyət göstərir: “Fəaliyyətə başladığımız andan müştərilərimizə yüksək keyfiyyətli məhsullar təqdim edir və hər zəman onların məmnuniyyətini və etibarini qazanmağa çalışmışıq. Hal-hazırda dünyanın ən nüfuzlu 50 şikəti ilə əməkdaşlıq edir və onların məhsullarını öz sərgi salonumuzda nümayiş etdirir, satış və xidmətini təşkil edirik. Şirkətimiz təmir və tikinti sektorunda da 11 ildən artıq təcrübəyə sahibdir və müştərilərimizin zövqünə və tələbatına əsasən ödənişli və ödənişsiz dizayn və quraşdırılma xidmətləri göstəririk”.

Ə.Bəşirov onu da vurgulayıb ki, “Victoria Studio”da ev üçün lazım olan hər şeyi tapmaq mümkündür. Zövqlü müştərilər buradan santexnika, keramika məhsulları, üzlük daşlar, hamam aksesuarları və s. əldə etməkdə çətinlik çəkməyəcəklər. Gələcəkdə mağazanın müştəriləri üçün müxtəlif kampaniyalar da təşkil olunacaq.  

Açılış mərasimi türkiyəli müğənni Yusuf Güneyin konsert proqramı ilə davam edib.

Qeyd edək ki, “Victoria Studio” Avropa və Tukiyənin nüfuzlu istehsalçı 50 fabriki ilə əməkdaşlıq edir ki, bunlardan da 70% dən çoxunun Azərbaycan üzrə rəsmi nümayəndəliyidir. Bunlara misal olaraq, Italiyadan La Fabrica, Fima, Gaia mobili, Damast, EuroDesigne, Nicolazzi, Mia, , Margarolli, Isvea, Novellini, Hidra, İspaniyanın STN, Rocersa Ceramica, Türkiyənin Graser, Juno, Mirage, Serapol, Minoa, Almaniyanın Huppe, Bravat, Knief  və s. adlarını çəkmək olar.

Əhməd Rəcəbli 156,

[email protected]

www.victoria.az

www.miragemobilya.com

+994 12 565 55 66