Zukerberq kriptovalyuta yaradır

zukerberq-kriptovalyuta-yaradir
Oxunma sayı: 692

Feysbuk şirkəti özünün Libra adlı yeni kriptovalyutasını yaradıbr

“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin rəhbəri Mark Zukerberq sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, Feysbuk Uber, Mastercard, Spotify, Vodafone, Ebay və digər şirkətlər daxil olmaqla ümumilikdə 27 şirkətlə “Libra” adlı qeyri-kommersiya assosiasiyası yaradıb və bu, 2020-ci ildə eyniadlı kriptovalyuta buraxmağı planlaşdırır.

Onun sözlərinə görə, missiyanın məqsədi sadə qlobal maliyyə infrastrukturu yaratmaqdır ki, bu da bütün dünyada milyardlarla insana yeni imkanlar təqdim edəcək: “Milyardlarla insanın bank xidmətindən yararlanmaq imkanı yoxdur, lakin onların mobil telefonları var”.  

Zukerberq həmçinin qeyd edib ki, assosiasiya “Calibra” adlı törəmə müəssisəsi yaradıb: “Gələn il vatsap və messencerdə təqdim ediləcək rəqəmsal cüzdan ilə Libranı göndərmək, xərcləmək və saxlamaq üçün imkan yaradan fərdi tətbiq istifadəyə veriləcək”.

Bundan başqa, o, əlavə edib ki, xidmətdə saxlanılan informasiya feysbuk məlumatlarından ayrı saxlanılacaq.