Zülfiyyə 9 aya xərçəngə qalib gəldi - Video

zulfiyye-9-aya-xercenge-qalib-geldi
Oxunma sayı: 8468

Aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramova xərçəng xəstəliyinə qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Z.Bayramova sosial şəbəkədə məlumat yayıb: “"Allaha min şükür! Sən çox böyüksən, ya Rəbbim! 9 aylıq müharibənin sonu və mən qalibəm! Dua yazan əllərinizdən öpürəm, qarşınızda baş əyirəm. Hələ ki, sevincimdən söz tapa bilmirəm. Sizi sevirəm".

Qeyd edək ki, Zülfiyyə Bayramova mədə xərçəngindən əziyyət çəkirdi.