Zülfiyyə ilk dəfə ailə üzvlərinin fotosunu paylaşdı

zulfiyye-ilk-defe-aile-uzvlerinin-fotosunu-paylasdi
Oxunma sayı: 3593

Xalq artisti Zülfiyyə Xanbabayeva ilk dəfə ailə üzvlərinin fotosunu instaqram səhifəsində paylaşıb.  “Qafqazinfo”nun məlumatına görə, müğənni bacısı və qardaşının görüntüsünü yayaraq onlar barədə fikirlərini qeyd edib. 

Xanbabayeva qardaşını 70 yaşının tamam olduğunu vurğulayıb: “Anam və atamın mənə ən böyük hədiyyəsi, qardaşım və bacım- İki doğma insan. Varlığından dünyalar qədər xoşbəxt olduğum əziz və həssas ürəkli qardaşımın 70 yaşı tamam olur. Xoşbəxt insansan, səni əhatə edən övladların, nəvələrin, bütün ailən səni çox sevir. Allahımdan sənə cansağlığı arzu edirəm”.